Məzmuna keç

Corc Smit Patton

Vikipediya, azad ensiklopediya
Corc Smit Patton
ing. George Smith Patton Jr.
Doğum tarixi 11 noyabr 1885(1885-11-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1945(1945-12-21)[1][2][…] (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
Təhsili
  • ABŞ Ordusunun Müharibə Kolleci[d],
  • ABŞ Hərbi Akademiyası[d]
Fəaliyyəti avtobioqraf[d], üzgüçü, hərbi qulluqçu, ordu zabiti[d]
Fəaliyyət illəri 1909–1945
Mükafatları "Oran-Nassau" ordeninin böyük xaçı "Adolf Nassau" ordeni Luxembourg War Cross "Britaniya imperiyası" ordeninin cəngavər-komandor dərəcəsi Companion of the Order of the Bath Distinguished Service Cross Navy Distinguished Service Medal "Görkəmli xidmətə görə" medalı Silver Star "Ləyaqət legionu" ordeninin legioner dərəcəsi "Bürünc ulduz" medalı Purpur Ürək American Campaign Medal European-African-Middle Eastern Campaign Medal İkinci dünya müharibəsi Zəfər medalı Army of Occupation Medal 1-ci dərəcəli "Kutuzov" ordeni Grand Officer of the Order of Leopold "Fəxri legion" ordeninin komandor dərəcəsi 1914–1918 hərbi xaçı 1939–1945 hərbi xaçı Order of the White Lion 4th Class World War I Victory Medal Grand Cross of the Order of Wissam Alaouite — 1943 Çexoslovakiya hərbi xaçı Croix de guerre 1940–1945 (Belgium) Order of Sherifian Military Merit
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

George Smith Patton, Jr. (11 noyabr 1885[1][2][…], San Qabriel[d], Kaliforniya[3] – 21 dekabr 1945[1][2][…], Heydelberq[3]) İkinci Dünya müharibəsində Amerika Ordusunun aparıcı komandirlərindən biri olmuşdur. Tanklarla İkinci Dünya müharibəsinin taleyini dəyişdirmişdir. 36 illik ordu həyatında həmişə müharibələrdə zirehli birləşmələrin əhəmiyyətini müdafiə etmiş və bunu İkinci Dünya müharibəsi dövründə sübut etmişdir. Şimali Afrika Cəbhəsində tank korpusunun komandiri və Husky Əməliyyatında zirehli ordu komandiri olmuşdur.

İtaliyanın işğalı zamanı komandanlığı altında olan bəzi əsgərlərlə pis rəftar etdiyi əsas gətirilərək Normandiya əməliyyatı zamanı ehtiyatda saxlanılmışdır. Ancaq Normandiya çıxarmasından sonra, müttəfiq qoşunları Alman müdafiəsi qarşısında irəliləyə bilmədikdən sonra, Duayt Eyzenhauer tərəfindən zirehli ordu qrupunun komandiri olaraq yenidən vəzifəsinə çağırılmışdır. Fransanın işğalı zamanı komandirlik etdiyi zirehli birləşmələr, tələb ediləndən çox daha sürətli formada Alman xətlərinin arxasına keçdikdə, yanacaq tədarükü dayandırılmış və o arxadan gələn qoşunları gözləmək məcburiyyətində qalmışdır. Qışda Ardennada sonuncu dəfə əks-hücuma keçərək Müttəfiq Ordularını çətin vəziyyətə salan feldmarşal Gerd von Rundstedtin komandanlığı altındakı Alman Ordularını məğlub etmişdir.

Qərbi Almaniyanı işğal etdikdən sonra Sovet qoşunlarını Elba çayının kənarında dayandırmışdır. Daha sonra Alman ordusunu da müttəfiq olaraq qəbul edərək ümumi bir şəkildə Sovet İttifaqına girməyin lazım olduğunu söylədikdən bir neçə gün sonra Almaniyada şübhəli bir avtomobil qəzasında öldü. Patton, Üçüncü Ordunun digər üzvləri ilə birlikdə Lüksemburqun Hamm kəndindəki Lüksemburq Amerika Qəbiristanlığı Memorialında dəfn edilmişdir.

  1. 1 2 3 4 Alex Lovelace. George Patton (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 3 4 George Smith Patton (kat.). // Gran Enciclopèdia Catalana. Grup Enciclopèdia.
  3. 1 2 3 4 Patton, George S. (George Smith), 1885-1945 (çeş.). // regionální databáze Knihovny města Plzně. (İstifadə tarixi: 20 aprel 2024).