Məzmuna keç

Nikkolo Makiavelli

Vikipediya, azad ensiklopediya
Nikkolo Makiavelli
it. Niccolò di Bernardo dei Machiavelli
Doğum tarixi 3 may 1469(1469-05-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 iyun 1527(1527-06-21)[1][3][…] (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi peritonit
Dəfn yeri
İstiqaməti Yüksək İntibah
Əsas maraqları fəlsəfə, siyasət, politologiya, diplomatiya, dram, tarix, hərbi iş
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Niccolò di Bernardo dei Machiavelli (it. Niccolò di Bernardo dei Machiavelli; 3 may 1469[1][2][…], Florensiya[1][2] – 21 iyun 1527[1][3][…], Florensiya) — İntibah dövründə yaşamış italyan diplomat, yazıçı, filosof və tarixçi. O, daha çox təxminən 1513-cü ildə yazılmış, lakin 1532-ci ilə qədər nəşr olunmayan "Hökmdar" adlı siyasi traktatı ilə tanınır. Makiavellini siyasi fəlsəfənin və siyasi elmin atası adlandırırlar.

Nikkolo Makiavelli 1469-cu il may ayının 3-də İtaliyanın Florensiya şəhərində, hüquqşünas ailəsində anadan olub. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq, qrammatika, ritorika, Latın dili və mədəniyyəti təhsili alıb. O zamanlar Florensiyanın yunan mədəniyyətinin Avropadakı mərkəzi hesap edilməsinə baxmayaraq, Makiavelli yunanca bilmirdi. Atasından qalan mülk işləmədən yaşamasına yetmədiyi üçün, o işləmək məcburiyyətində qalır. 1484-cü ildə Makiavelli katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu. 1494-cü ildə Florensiyanı 60 il idarə edən Medici ailəsi devrilirək sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur. Daha sonra Makiavelli hərbi işlər üzrə diplomatik konsul vəzifəsinə təyin edilir. 1499 və 1512-ci illər arasında Araqon kralı II Ferdinand (İspaniya), XII Lüdovik (Fransa) və Romada Papalıq (İtaliya) saraylarında diplomatik missiyalarda xidmət edir.

1503–1506-cı illərdə Makiavelli Florensiya milisinə görə məsuliyyət daşıyırdı (şəhərin müdafiəsi də daxil olmaqla). 1512-ci ilin avqustunda, Roma papası II Yuliusun köməyi ilə ispan qoşunundan istifadə edərək Medici Florensiyada hakimiyyəti geri qaytarır. Piero Soderini Florensiya dövlət başçısı istefa verir və sürgünə göndərilir. Florensiya Respublikası ləğv edilir. 1513-cü ildə Makiavelli sui-qəsddə ittiham edilərək həbs olunur və işgəncələrə baxmayaraq, o sui-qəsddə iştirakını inkar edir. X Leon hakimiyyətə gələndən sonra o azad edilsə də, artıq gözdən düşmüşdü. Bundan sonra ona Florensiyanın 7 km cənubunda yerləşən Santa Andreyadakı malikanəsində yaşamağa icazə verilir.

1520-ci ildə əfv edilən Makiavelli Florensiyanın rəhbərləri tərəfindən elə də əhəmiyyətli olmayan vəzifələrə təyin edilir. 1527-ci ilin mayında Florensiyada yenidən respublika üsul idarəsi qurulur, amma bu dəfə də Medicilərin adamı olaraq tanınan Makiavelliyə yeni iqtidar etimad göstərmir.

Makiavelli 21 iyul 1527-ci ildə Florensiyada vəfat etmişdir.

Mediçilərin rəğbətini qazanmaq üçün Makiavellinin son ümidi bağladığı bu kiçik traktat sonrakı əsrlərdə onun ən məşhur əsərinə çevrildi və müəllifə “qəddar siyasətçi” şöhrəti qazandırdı.

İtaliyanın siyasi parçalanma dövrünün mürəkkəb şəraitində bir çox italyan mütəfəkkirləri dövlət və hökmdarlar haqqında əsərlər yazaraq xaosdan vahid və qüdrətli İtaliya yaratmağı arzulayırdılar. Lakin yalnız Nikkolo Makiavelli buna nail olmaq üçün hökmdarın atmalı olduğu optimal addımları açıq şəkildə ifadə etmişdi[6]. Bu əsərində o, düşmənlərini qüdrətli şir kimi məhv edən, eyni zamanda hiyləgər tülkü kimi bütün tələlərdən yayınan müdrik hökmdar obrazı yaratmışdır. Hökmdar mərhəmətli olmalı, lakin dövlətin mənafeyi tələb etdikdə şərdən istifadə etməkdən də çəkinməməlidir. Makiavelli təqlid olunmağa layiq nümunə kimi Roma Respublikasını göstərirdi.

Aldatma və hiylənin siyasətdə əhəmiyyətini vurğulayan Nikkolo Makiavelli ideal hökmdar haqqında pafoslu və çox vaxt əxlaqçılıq ruhunda aparılan mülahizələri istehza ilə tənqid edirdi. Florensiyalılara xas iti zəkası ilə o, insanları və müxtəlif siyasi vəziyyətləri bəzən amansız, bəzən isə zəhərli satira vasitəsilə təsvir edirdi.

Bununla belə, ordunun təşkili məsələsinə həsr olunmuş XII–XIV fəsillərdə Makiavelli tam ciddi mövqe nümayiş etdirirdi. Dövlət ordusu (armi proprie) onun əsas ideyalarından birinə çevrilmişdi. Xüsusilə də Florensiya hökumətinin xalq milisindən imtina etmək istədiyi dövrdə Makiavelli bu hərbi sistemi böyük dəyər hesab edir və Culyano, daha sonra isə Lorenso de Mediçiyə verdiyi məsləhətlərlə əslində öz əməyinin nəticələrini müdafiə edirdi. Hətta demək olar ki, bütün “Hökmdar” traktatı məhz bu fəsillər ətrafında qurulmuşdur. Əsər mahiyyət etibarilə müəllifin müxtəlif dövrlərdə formalaşdırdığı, bəzən bir-birinə zidd olan ideyaların ustalıqla və yüksək bədii dillə bir araya gətirilmiş toplusudur.

“Hökmdar” tez-tez qəddarlıq və amorallıqda ittiham edilir. Lakin həm bu əsər, həm də Makiavellinin digər yazıları onun yaşadığı dövrün tarixi reallıqları – İtaliyanın onlarla bir-biri ilə müharibə aparan kiçik dövlətlərə parçalandığı şərait nəzərə alınmaqla oxunmalıdır. Hegel hesab edirdi ki, İtaliyanın birləşdirilməsi yollarını göstərən bu əsər belə qiymətləndirildikdə nəinki öz bəraətini tapır, həm də yüksək və nəcib siyasi düşüncənin həqiqətən böyük nümunəsi kimi meydana çıxır[7]. Bununla Hegel Makiavellinin siyasi realizmini xüsusi vurğulayırdı.

Tədqiqatçılar Makiavellinin əsərlərində müəyyən dərəcədə siyasi sinizm müşahidə etsələr də, bunun özünəməxsus xarakter daşıdığını qeyd edirlər. Bir tərəfdən o, siyasətdə hiylə və ikiüzlülüyün zəruriliyini müdafiə edirdi, digər tərəfdən isə öz fikirlərini həmişə “qorxudacaq dərəcədə açıq və birbaşa” ifadə edirdi. Müxtəlif şərhlərdən birinə görə, Makiavellinin siyasi fəlsəfəsi siyasi realizmə əsaslanan siyasi sinizm mövqeyini ifadə edir.

Jan Jak Russo hesab edirdi ki, Makiavelli guya krallara dərs verirmiş kimi görünsə də, əslində bütün xalqlara qiymətli dərslər vermişdir və “Hökmdar” respublikaçıların kitabıdır.[8]

Məhz bu əsərinə görə Makiavelli çox vaxt politologiyanın banisi hesab olunur. Onun siyasi tövsiyələrindən bəziləri bunlardır:

  • Düşmənin daxilindəki müxalif qüvvələrdən dayaq kimi istifadə etmək – romalıların Yunanıstanı fəth edərkən etoliyalılardan istifadə etdiyi üsul.
  • Roma imperatorlarının süqutuna səbəb olmuş nifrət və hörmətsizlik hissindən qaçmaq. Nifrət tərəfdarların əmlakına və qadınlarına toxunmaqdan, hörmətsizlik isə yoxsulluq, qətiyyətsizlik, qorxaqlıq və qeyri-sabitlikdən yaranır.
  • Qeyri-populyar qərarları başqalarının vasitəsilə həyata keçirmək, populyar addımları isə şəxsən atmaq.
  • Düşmənləri məharətlə istifadə etmək.
  • İstedadlı insanları öz ətrafına toplamaq.
  • Xalqı tamaşa və əyləncələrlə məşğul etmək.
  • Xalqın müxtəlif təbəqələrinin toplantılarında iştirak etmək.
  • Narazılığı (üsyanı) vaxtında və qətiyyətlə yatırmaq.
  • Uzun müddət müstəqil yaşamış şəhərlərin tam siyasi nəzarət altına alınmasının zəruriliyi.
  • Dövlət hakimiyyətinin etibarlı hərbi qüvvəyə əsaslanmasının vacibliyi ("Silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar");
  • Hakimiyyətin əsas dayaqları: öz tərəfdarları, xalq, zadəganlar və xarici qüvvələr.
  • Hökmdarın əsas keyfiyyətləri: təmkinlilik, ehtiyatlılıq və mərhəmət.
  • Hökmdarın fəzilətləri: şəfqət, sədaqət, insanpərvərlik, dürüstlük və dindarlıq.
  • Hökmdar bacardığı qədər yaxşılıq etməli, zəruri olduqda isə lazımi qədər pislik etməkdən çəkinməməlidir.
  • Tələblərində ardıcıl və sabit olmalıdır.
    • Discorso sopra le cose di Pisa (1499)
    • Del modo di trattare i popoli della Valdichiana ribellati (1502)
    • Del modo tenuto dal duca Valentino nell’ ammazzare Vitellozzo Vitelli, Oliverotto da Fermo, etc. (1502)
    • Discorso sopra la provisione del danaro (1502)
    • Discorso sopra il riformare lo stato di Firenze (1520)
    • Della lingua (1514)
    • Poema Decennale primo (1506)
    • Poema Decennale secondo (1509)
    • Asino d’oro (1517)
    • Ritratti delle cose dell’ Alemagna (1508–1512)
    • Ritratti delle cose di Francia (1510)
    • Dell’arte della guerra (1519–1520)
    • Sommario delle cose della citta di Lucca (1520)
    • Ritratti delle cose di Francia (1510)
    • Dell’arte della guerra (1519–1520)
    • Sommario delle cose della citta di Lucca (1520)
    • Istorie fiorentine (1520–1525)
    • Frammenti storici (1525)
    • Vita di Castruccio Castracani da Lucca (1520)
    • Andria (1517)
    • Mandragola (1518)
    • Clizia (1525)
    • Belfagor arcidiavolo (1515)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 4 5 6 Harvey Mansfield. Niccolo Machiavelli (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 13 noyabr 2020).
  2. 1 2 3 4 Giorgio Inglese. MACHIAVELLI, Niccolò (it.). // Dizionario Biografico degli Italiani. Roma: Istituto dell'Enciclopedia Italiana. 2006. Vol. 67. (İstifadə tarixi: 13 noyabr 2020).
  3. 1 2 BeWeB. (İstifadə tarixi: 13 fevral 2021).
  4. ↑ Harvey Mansfield. Niccolò Machiavelli (ing.). // Encyclopædia Britannica.
  5. ↑ Giorgio Inglese. MACHIAVELLI, Niccolò (it.). // Dizionario Biografico degli Italiani. Roma: Istituto dell'Enciclopedia Italiana. 2006. Vol. 67.
  6. ↑ Толстенко А.М. «Политический разум» Никколо Макиавелли // Вестник Санкт-Петербургского университета. Политология. Международные отношения. — 2009. — Вып. 4.
  7. ↑ Федулов Сергей Сергеевич. Учение Н. Макиавелли: политический реализм или политический цинизм? // Общество: философия, история, культура. — 2017. — Вып. 3.
  8. ↑ Белас Л. Власть и добродетель в «Государе» Макиавелли Arxiv surəti 23 iyun 2020 tarixindən Wayback Machine saytında // Вестник Российского университета дружбы народов. Серия: Философия. — 2010. — Вып. 1.