Maluku adaları (ind. Kepulauan Maluku; həmçinin "Ədviyyat adaları" kimi də tanınır) — Sulavesi və Yeni Qvineya arasında, Timor adasından şimalda yerləşən İndoneziya adalar qrupudur. Halmahera plitəsində və Maluku dənizi plitəsi ilə toqquşma zonasında yerləşir. Adaların ərazisi 74 505 km², əhalisi isə 2,5 milyon nəfərdir (2010).
| Maluku adaları | |
|---|---|
| Kepulauan Maluku | |
| | |
| Ümumi məlumatlar | |
| Ümumi sahəsi |
|
| Hündür nöqtəsi | 3.027 m, 958 m |
| Əhalisi |
|
| Yerləşməsi | |
| 2° c. e. 128° ş. u.HGYO | |
| Ölkə | |
Tarixən adalar "Ədviyyat adaları" adını çinlilərdən və avropalılardan almışdır, lakin bu ad əsasən cövüz (müşk qozu) yetişdirilən Banda arxipelaqının kiçik vulkanik adalarına aiddir. Bundan əlavə, Qrenada adası da eyni adı almışdır. Həmçinin, bu ad ədviyyat yetişdirilən digər adalar, xüsusən də Şərqi Afrika sahillərindəki Zənzibar arxipelaqı üçün də istifadə olunur.
Maluku adalarının adının etimologiyası Yaxın Şərq tacirlərinin onu adlandırdığı ərəb mənşəli Cəzirət əl-Müluk (ərəb. جزيرة الملوك — "krallar adası") ifadəsinə gedib çıxır.
İstinadlar
redaktə- ↑ GEOnet Names Server. 11 iyun 2018.