Məzmuna keç

Haparanda

Şəhər
Haparanda
Haparanda
Haaparanta
Haparanda dəmir yolu stansiyası
Haparanda dəmir yolu stansiyası
65°50′03″ şm. e. 24°07′01″ ş. u.HGYO
Ölkə İsveç
Tabeliyində Haparanda bələdiyyəsi
Əyalət Norrbotten
Qraflıq Norrbotten qraflığı
Tarixi və coğrafiyası
Sahəsi 4,43 km²
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 4.856 nəfər (2010)
Sıxlığı 1.097 nəfər/km²
Haparanda xəritədə
Haparanda
Haparanda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haparanda (sv;[1] Meänkieli və Fin dilində Haaparanta, hərfi mənası “ağcaqovaq sahili və ya çay kənarı”) şəhər və Haparanda bələdiyyəsinin inzibati mərkəzidir. İsveçin Norrbotten qraflığında yerləşən şəhər Finlandiyanın Tornio şəhəri ilə həmsərhəddir. Haparandanın 2024-cü ildə əhalisi 9.166 nəfər olmuşdur.[2]

Haparanda İsveç-Finlandiya sərhədi yaxınlığında, İsveç sahillərinin ən şimal hissəsində və böyük şəhərlərdən uzaqda yerləşir. Həmçinin İsveçin ən şərq nöqtəsidir. Şəhərin yayı bu qədər şimalda yerləşən sahil şəhəri üçün olduqca isti keçir, qışları isə Şimal qütb dairəsinə nisbətən yaxın olmasına baxmayaraq, adətən çox sərt olmur.

Qardaş şəhər olan Haparandanın Tornio və çayın Finlandiya tərəfindəki ərazilərlə sıx əlaqələri var. İsveç dili və fin dilində geniş yayılıb, baxmayaraq ki, isveç dili yeganə rəsmi dildir və sakinlərin böyük əksəriyyətinin ana dilidir. 2010-cu ildə Haparanda sakinlərinin 70%-nin fin dilində ikinci dil kimi danışdığı təxmin edilirdi.[3]

Haparanda tarixi səbəblərə görə, əhalisinin az olmasına baxmayaraq, hələ də “şəhər” adlandırılır. Bələdiyyənin özü isə Haparanda stad (“Haparanda şəhəri”) ifadəsini yalnız şəhərin özünə deyil, bütün ərazisinə də aid edir. Bu ərazi 927 km2 təşkil edir. 24° 8' şərq uzunluğunda yerləşən Haparanda İsveçin ən şərqdə yerləşən yaşayış məntəqəsidir.

Haparanda mehmanxanası (solda) və bələdiyyə binası (sağda)

1809-cu ildə İsveç Finlandiyanı Rusiyaya verdikdən sonra Finlandiya-İsveç sərhədi Torne çayı və Muonio çayı boyunca çəkildi. Çayın deltasındakı Suensaari adasında yerləşən Tornio şəhəri çar Rusiya imperiyasının tərkibindəki Finlandiya Böyük Hersoqluğuna daxil edildi. Finlandiya 1917-ci ildə müstəqilliyini elan etdi.

Həmin dövrdə Tornio şəhərində isveçdilli tacirlər və sənətkarlar üstünlük təşkil edirdi və onlar fin dilli kənd ərazisinin daxilində dil adası yaradırdılar. Müharibədən sonra isveçlilərin bir hissəsi sərhədin o biri tərəfində yerləşən kiçik Haaparanta kəndini inkişaf etdirməyə başladı. Haparanda və Tornio bir-birindən piyada məsafəsində yerləşirdi. Nəticədə onların bir çoxu Torniodan köçdü və şəhər əsasən fin dilli oldu. Haparanda 1821-ci ildə ticarət şəhərciyi (köping), 1842-ci ildə isə şəhər statusu aldı.[4]

XX əsrin əvvəllərinə qədər Haparanda Torne çayının mənsəbində, Botnik körfəzinin başında yerləşməsi səbəbindən ölçüsünə nisbətən böyük kommersiya və siyasi əhəmiyyətə malik idi. Şimali Skandinaviya və Rusiyadan gətirilən taxta və xəzlər su yolu ilə buraya gətirilir, daha sonra Baltik dənizi vasitəsilə dünyanın digər yerlərinə göndərilirdi. ABŞ-dən olan Admiral Pirinin ekspedisiyası da daxil olmaqla, XIX və XX əsrlərdə Arktik və Antarktika ekspedisiyalarında Haparandadakı Hermansons mağazasından alınmış xəzlərdən istifadə olunurdu. Mağaza hələ də şəhərdə fəaliyyət göstərir. Haparanda Birinci Dünya müharibəsi zamanı Rusiya ilə sərhəddə sərnişin qatarları üçün açıq olan yeganə dəmir yolu sərhəd keçidi idi və Lenin sürgündən qayıdarkən bu marşrutdan istifadə etmişdi.[5]

Haparandada dəmir yolu stansiyası yerləşir və həftəiçi günlərdə gündə üç qatar bu stansiyaya xidmət göstərir.[6] Sərnişin qatarlarının hərəkəti 1992-ci ildə dayandırılmış, 2021-ci ildə isə bərpa edilmişdir. Bu xətt Birinci Dünya müharibəsi zamanı Rusiya ilə Almaniya arasında açıq olan yeganə marşrut idi.[7] İkinci Dünya müharibəsi zamanı İsveçə təxliyə edilən təxminən 80.000 fin uşağın böyük hissəsi ölkəyə məhz buradan daxil olmuşdu.

Karunqi xarici poçt çeşidləmə məntəqəsi 1914-cü ilin dekabrında yaradılmışdı. Foto: Mia Green
Dəmir yolu körpüsündən əvvəl poçtun çayın o biri tərəfinə daşınması üçün 1916–1917-ci illərdə kanatlı konveyer qurulmuşdu.

Birinci Dünya müharibəsində döyüşən tərəflər arasında 75.000 hərbi əsir dəyişdirilmiş, əsasən hərbi əsirlərə göndərilən və ya onlardan gələn 27.000.000 kq poçt Haparandada çeşidlənmişdi.[7]

Ən yaxın hava limanları İsveç-Finlandiya sərhədinin əks tərəflərində yerləşir:[8]

  • Kemi-Tornio hava limanı Haparandadan 23 km şərqdə, Finlandiyada yerləşir. Hava limanından Finlandiyanın paytaxtı Helsinki və Kokkola şəhərlərinə birbaşa reyslər həyata keçirilir. Bu reysləri Finnair yerinə yetirir.
  • Luleo hava limanı Haparandadan 130 km qərbdə yerləşir. Hava limanından İsveçin paytaxtı Stokholm və Qoteborq şəhərlərinə Scandinavian Airlines tərəfindən birbaşa reyslər həyata keçirilir. Həmçinin Avropanın bəzi istiqamətlərinə də reyslər mövcuddur.

Haparandanın şimalda yerləşməsi səbəbindən subarktik iqlimi var, lakin bu təsnifata baxmayaraq, iqlim çox vaxt kifayət qədər mülayim olur. Şimali Atlantik okeanından gələn mülayim dəniz havası aşağı Günəş hündürlüyünə baxmayaraq qışları yumşaldır. Eyni zamanda, şəhəri əhatə edən böyük quru sahələri və adətən təxminən 10 gün davam edən qütb gündüzü səbəbindən Haparandada yaylar nisbətən isti keçir.[9] Yayda gün işığı uzun müddət ərzində sutka boyu fəaliyyət göstərməyə imkan verir. Lakin qış gündönümü zamanı Haparandada cəmi 2 saat 56 dəqiqə gün işığı olur.[10]

Gündüz temperaturunun orta göstəriciləri yayda adətən 20 °C (68 °F), qışda isə −6 °C (21 °F) arasında dəyişir. Qışlar bir çox kontinental iqlimə malik ərazilərlə müqayisədə daha mülayim keçir. Yay temperaturunun gün işığı azaldıqdan sonra sürətlə aşağı düşməsi səbəbindən Haparanda bu iqlim təsnifatına daxil edilmir.

Haparanda üçün iqlim məlumatları (2002–2020; ekstremal göstəricilər 1901-ci ildən bu günədək)
Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl
Rekord yüksək °C 8,4 8,0 11,8 18,5 28,8 31,4 33,6 31,1 24,0 17,0 11,5 7,2
Orta rekord yüksək °C 2,5 3,4 7,5 12,7 22,3 25,2 27,1 24,6 18,7 11,8 6,4 3,7 28,1
Orta yüksək °C -5,9 -5,1 -0,3 5,4 12,3 17,8 21,1 18,7 13,3 5,6 0,4 -2,4
Orta °C -9,8 -9,1 -4,9 1,1 7,4 12,9 16,5 14,4 9,4 2,4 -2,4 -5,8
Orta aşağı °C -13,6 -13,1 -9,5 -3,3 2,5 8,0 11,8 10,1 5,5 -0,8 -5,1 -9,1
Orta rekord aşağı °C -27,6 -27,3 -22,3 -12,1 -4,3 1,8 5,3 2,0 -2,5 -10,1 -16,0 -21,5 -29,7
Rekord aşağı °C -40,8 -41,7 -37,5 -26,0 -10,5 -1,5 2,2 -1,8 -8,1 -23,0 -32,3 -37,3 -41,7
Yağıntı, mm 56,5 44,9 35,8 32,4 45,5 52,8 60,7 57,2 64,8 59,2 68,9 63,6
Qar örtüyünün hündürlüyü, sm 47 67 76 62 7 0 0 0 0 4 13 26 77
Mənbə [11][12]

Tanınmış şəxslər

[redaktə | vikimətni redaktə et]
  1. ↑ Jöran Sahlgren; Gösta Bergman. Svenska ortnamn med uttalsuppgifter (isveç). 1979. səh. 10. 28 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2026.
  2. ↑ "Folkmängd och befolkningsförändringar - Kvartal 1, 2024". Statistikmyndigheten SCB (isveç). 23 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2024.
  3. ↑ "Tvåspråkighet högt på dagordningen" (isveç). NSD. 25 yanvar 2010. İstifadə tarixi: 5 aprel 2020.[daimi ölü keçid]
  4. ↑ Wikisource Kisholm, Hyu, redaktorHaparanda // Britannika Ensiklopediyası. 12 (XI). Cambridge University Press. 1911. səh. 932.
  5. ↑ Merridale, Catherine. "In Lenin's footsteps: a journey to Haparanda, Sweden". The Observer (ingilis). 2 oktyabr 2016. ISSN 0029-7712. İstifadə tarixi: 12 iyul 2023.
  6. ↑ "New start for passenger trains in northern Sweden". International Railway Journal (ingilis). 24 noyabr 2020. 9 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  7. 1 2 "Haparandas historia". www.haparanda.se (isveç). 27 noyabr 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2020.
  8. ↑ "HAPARANDA". Swedish Lapland Air.
  9. ↑ "Haparanda, Sweden; sunrise and sunset for June 2016". Sunrise and Sunset.com. 25 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2016.
  10. ↑ "Haparandra, Sweden; sunrise and sunset for December 2016". Sunrise and Sunset.com. İstifadə tarixi: 8 yanvar 2016.
  11. ↑ "SMHI Open Data" (isveç). Swedish Meteorological and Hydrological Institute. 11 aprel 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  12. ↑ "SMHI Average Monthly Data 2002–2018" (isveç). Swedish Meteorological and Hydrological Institute. 2 may 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  13. ↑ "Mia Green". www.haparanda.se (isveç). 3 yanvar 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2020.