
Filippin Respublikası
İkitərəfli münasibətlər haqqında
Filippin Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 22 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 27 mart 1992-ci ildə qurulub. 2022-ci ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub.
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi eyni zamanda Filippin Respublikasında, Filippin Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi isə eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.
Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2025-ci il tarixli 769 nömrəli Sərəncamı ilə Ramil Rzayev Azərbaycan Respublikasının Filippin Respublikasında və Sinqapur Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (iqamətgahı Cakartada), eləcə də Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında Daimi nümayəndəsi təyin edilib. Səfir 14 aprel 2026-cı ildə etimadnaməsini Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa təqdim edib.
Filippin Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (iqamətgahı Ankarada) Henri Bensurto 1 iyul 2024-cü ildə etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edib.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli 1061 nömrəli Sərəncamı ilə Xose de Venesiya III Azərbaycan Respublikasının Filippin Respublikasında fəxri konsulu təyin edilib.
Azərbaycan Respublikası Filippin Respublikası ilə beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.
Parlamentlərarası əlaqələr
5 mart 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
1 iyun 2023-cü ildə Filippin Parlamentində Filippin–Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması qərara alınıb, dostluq qrupunun təsis edilməsinə dair qətnamə isə 2 avqust 2023-cü ildə Filippin Nümayəndələr Palatası tərəfindən qəbul edilib. Hazırda dostluq qrupunun tərkibinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
Dostluq qrupları
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri 8 oktyabr 2024-cü ildən Pərvanə Vəliyevadır.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Filippin Respublikası arasında müqavilə-hüquq bazası 2 sənəddən ibarətdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
7 901,57 |
0,00 |
7 901,57 |
|
2024 |
4 602,13 |
0,27 |
4 601,86 |
|
2025 |
35 850,20 |
4,20 |
35 846,23 |
Qeyd: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: Jl. Karang Asem Tengah Blok C-5 No. 20, Kuningan Timur, Jakarta Selatan 12950, Indonesia
Telefon: (+62 21) 2555 4408
Elektron poçt: jakarta@mission.mfa.gov.az