Məzmuna keç

Xoşqədəm Hidayətqızı

Vikipediya, azad ensiklopediya
(Xoşqədəm Baxşəliyeva səhifəsindən istiqamətləndirilmişdir)
Xoşqədəm Hidayətqızı
Doğum tarixi 13 yanvar 1974(1974-01-13) (52 yaş)
Doğum yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti jurnalist, aparıcı, prodüser
Mükafatları "Tərəqqi" medalı — 2005
Azərbaycan Respublikasının əməkdar artisti — 2016 Azərbaycan Respublikasının əməkdar jurnalisti

Xoşqədəm Hidayətqızı (Xoşqədəm Hidayət qızı Baxşəliyeva; 13 yanvar 1974, Nareştar, Mardakert rayonu) — Azərbaycan jurnalisti, "Üç nöqtə" qəzetinin baş redaktoru idi[1], "ARB" kanalında isə əvvəllər aparıcı olmuşdur.[2] Lakin verlişi hazırda fəaliyyət göstərmir.[3][4][5]

Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-cü ildə Ağdərə rayonunun Narınclar kəndində anadan olub.[6] 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.[7] 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: "İlin jurnalisti", "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub. 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. "Azad Azərbaycan" telekanalında "Dərdini mənə danış" verilişinin aparıcısı olub, 2012-ci ildən 2015-ci ilə qədər həmin telekanalda populyar "Səni axtarıram" verilişinin aparıcısı olub. 2015–2016-cı illərdə "ANS tv" bağlanana qədər orada çalışıb. 2016-cı ildə Xəzər TV-ə gəlib və 2021-ci ilə qədər "Bizə danış" "Səni axtarıram" layihəsinin aparıcısıdır.

2021-ci ildən etibarən "ARB" TV-də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısıdır.

2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Konqresinin Köln şəhərində keçirilinən yığıncağında qurumun fəxri üzvü seçilib. 2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 7 noyabr 2016-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.

Beynəlxalq Elm və Texnologiya Universiteti ("International Science & Technology University") tərəfindən fəxri doktor adına layiq görülüb.[8]

1999-cu ildə Zaur adlı övladı dünyaya gəlib.[9] Lakin Zaur adlı oğlu Xoşqədəm Hidayətqızı ilə artığ danışmır. O bildiribki ona həmişə nənəsi baxıb. 2014-cü ildə türk müğənnisi Doğuş ilə evlənmişdir.[10][11] 6 may 2016-cı ildə onların əkiz övladları — oğlanları dünyaya gəlib.[12] Əkizlərdən biri türk futbolçu Arda Turanın şərəfinə Arda adlandırılıb. Digərinin adı isə Arındır. Cütlüyün əkiz oğlanları "Şişli Kolan İnternational Hospital" xəstəxanasında dünyaya gəlib.[13]

  1. ↑ "Xoşqədəmin "Səni axtarıram" verilişi bağlandı — Rəsmi açıqlama+Yenilənib". Qafqazinfo (az.). 30 sentyabr 2015. 24 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  2. ↑ Milli.Az. "Xoşqədəm Hidayətqızının verilişi niyə bağlandı... - ARB-dən AÇIQLAMA". Milli.Az (az.). 18 mart 2026. 24 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  3. ↑ ""Səni axtarıram" və "Həmin Zaur" verilişləri niyə bağlandı? - RƏSMİ". https://www.manset.az (az.). 17 mart 2026. 24 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  4. ↑ modern.az. "Xoşqədəm Hidayətqızının verilişi niyə bağlandı... - ARB-dən AÇIQLAMA". Modern.az (az.). 18 mart 2026. 24 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  5. ↑ Medianews.az. ""Səni axtarıram" və "Həmin Zaur" verilişləri niyə bağlandı? – RƏSMİ". medianews.az (az.). 18 mart 2026. 24 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  6. ↑ Yenisabah.az. "Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO". -Yeni Sabah- (ingilis). 6 iyul 2026. İstifadə tarixi: 24 iyul 2026.
  7. ↑ modern.az. "Jurnalist Xoşqədəm Hidayətqızı ilə FOTOSÖHBƏT". Modern.az (az.). 13 avqust 2015. İstifadə tarixi: 24 iyul 2026.
  8. ↑ "Xoşqədəm Hidayətqızına fəxri doktor adı verilib". Oxu.az (az.). İstifadə tarixi: 23 aprel 2025.
  9. ↑ "Aparıcı Xoşqədəmin 19 yaşlı oğlu Zaur - FOTO". Sonxeber.az (az.). 24 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  10. ↑ Milli.Az. "Xoşqədəm keçmiş həyat yoldaşından danışdı - VİDEO". Milli.Az (az.). 27 oktyabr 2022. 8 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  11. ↑ "Xoşqədəmin müğənni həyat yoldaşı: Keçmişimi "dəfn etdim"". Oxu.az (az.). 24 sentyabr 2016. 17 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  12. ↑ "Xoşqədəmin həyat yoldaşı Doğuş əkizləri ilə - FOTOLAR". BiG.Az (az.). 24 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2026.
  13. ↑ "Doğuş və Xoşqədəm əkizlərini göstərdi". 16 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2016.