Volter Reli
| Volter Reli | |
|---|---|
| ing. Sir Walter Raleigh | |
| | |
| Doğum tarixi | təq. 22 yanvar 1552[1] və ya 1554[2] |
| Doğum yeri | |
| Vəfat tarixi | oktyabr 1618 (63–66 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | başın kəsilməsi[d] |
| Dəfn yeri | |
| Fəaliyyəti | tədqiqatçı-səyyah, şair, cəngavər, siyasətçi, dənizçi[d], discoverer |
| Mükafatları |
|
|
|
|
Uolter Reli (təq. 22 yanvar 1552[1] və ya 1554[2] – oktyabr 1618, London) — ingilis İntibah ədəbiyyatının şairi və nasiri.
Həyatı
[redaktə | vikimətni redaktə et]O, Amerikada ilk müstəmləkə yaradanlardan biridir. İngilislərin Kadiksə(İspaniya)cəsarətli hücumunun iştirakçısı olub və "Məğlubedilməz armada"ilə vuruşmada iştirak edib. Din məsələlərində azadfikirliliyi ilə seçilib("Ruh" və "Skeptik" risalələri). Aralarında C.Çapmen, K.Marlo kimi, o dövrün görkəmli alimlərinin, zadəgan və yazıçılarının yer aldığı şəxslərin azadfikirlilər dərnəyinə rəhbərlik edib. Kraliça Yelizaveta ona iltifat göstərirdi, l Yakov onu Tauer həbsxanasına atdırmış və Raley 12 il ortada qalmışdı. 1618-ci ildə Amerikaya uğursuz ekspedisiyadan qayıdandan sonra kralın əmri ilə o edam edilmişdir.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]"Gviyananın kəşfi"(" The Discovery of the large, rich and beautiful empire of Guiana, with a relation of the great and golden city of Manoa and of the provinces of Erucria", London, 1597) səyahət əsəri və "İngilis xalqının kəşfləri və dəniz səfərləri haqqında"adlı tədqiqat əsəri ilə ingilis nəsrini bir qədər də inkişaf etdirmişdir. U. Raleyin məşhur əsərlərindən biri də "Yalan"("The lie") şeiridir. Bu şeirində Raley tam mənasında azadfikirlilik nümayiş etdirərək, cəsarətlə saraya, kilsəyə münasibət bildirmişdir. O, canından çıxan ruhuna müraciətlə deyir: ...uç tez ol, İfşa et bu abırsız dünyanı. Saraya de ki, "Parlayaraq Par-par, çürüntü iyi verirsən". Kilsəyə de ki:"Sən -yalnız, Sözdə müqəddəssən".
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Cəlil Nağıyev. Qərbi Avropa Ədəbiyyaı.
- 1 2 Dictionary of National Biography (ing.). / ed. Leslie Stephen, Sidney Lee. London. 1885.
- 1 2 3 4 Walter Raleigh (ing.). // Geographicus Rare Antique Maps biographical dictionary of cartographers. (İstifadə tarixi: 8 aprel 2025).
- ↑ National Heritage List for England. (İstifadə tarixi: 5 avqust 2021).
- ↑ GENUKI. (İstifadə tarixi: 5 avqust 2021).
- 1 2 Agnes M.C. Latham. Sir Walter Raleigh (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).