Məzmuna keç

Sultan Əhməd məscidi

Sultan Əhməd məscidi
türk. Sultan Ahmet camii
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir Eminönü
Aidiyyəti Osmanlı imperiyası
Memar Sədəfkar Mehmed Ağa
Sifarişçi I Əhməd
Tikilmə tarixi 1609-1616
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 64 m
Uzunluğu 82 m (269 ft)
Eni 65 m (213 ft)
Minarələri 6 (hündürlüyü: 64 m (210 ft))
Günbəzləri 1 (hündüryülü: 43 m (141 ft), daxili diametri: 23.50 m (77.1 ft))
Vəziyyəti stabil
Rəsmi adı: Historic Areas of Istanbul
TipiMədəni
Kriteriyai,ii,ii,iv
Təyin edilib1985
İstinad nöm.356
DövlətTürkiyə
RegionAvropa
41°00′19″ şm. e. 28°58′36″ ş. u.HGYO
Xəritə
Sultan Əhməd məscidi (İstanbul)
Nöqtə
Sultan Əhməd məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sultan Əhməd məscidi

Sultan Əhməd məscidi —1609–1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Məscidin interiyeri mavi, yaşıl və ağ rəngli İznik saxsısı (çinisi) ilə bəzədildiyi və yarımgünbəzlərin, böyük günbəzin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün avropalılar məscidi "Mavi məscid (Blue Mosque)" adlandırır. 1934-2020-ci illərdə Ayasofya məscidi muzey kimi fəaliyyət göstərib. Həmin dövrdə İstanbulun əsas məscidi Sultan Əhməd camisi sayılıb.

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Məscidin memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir. Bu çinilərin bəzədilməsində sarı və mavi tonlardan, ənənəvi bitki motivləri isitfadə olunmuş, nəticədə tikinti sadəcə ibadətxana olmaqdan ziyadə möhtəşəm sənət əsərinə çevrilmişdir. Məscidin ibadətxana bölümü 64 x 72 metr ölçülərindədir. Mərkəzi günbəzin hündürlüyü 43 metr, diametri 23,5 metrdir. Məscidin içi 200-dən çox rəngarəng şüşələrlə işıqlandırılmışdır. Divar yazıları diyarbəkirli Seyid Qasım Qubari tərəfindən yazılıb. Əhatəsindəki tikintilərlə birlikdə bir külliyyə əmələ gətirən Sultan Əhməd Türkiyənin altı minarəli ilk məscididir.

Türbədə dəfn olunanlar arasında adı bilinənlər isə bunlardır:[1]

  1. ↑ Alev Öner, "Sultan Ahmet I. Türbesi" Arxivləşdirilib 2023-07-22 at the Wayback Machine, TTOK Belleteni, LXV/344 (1979), s. 24–29.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]