Portal:Google
| Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Vikilayihələr · Sorğular · Məzmun qiymətləndirmə |
Google portalı
Google (azərb. Quql) dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.
Google
2. İnternetdə ən populyar nəhəng axtarış sistemi. Google Inc şirkətinə məxsusdur. 1996-cı ildə Stenford Universitetinin tələbələri Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən tədris layihəsi kimi yaradılıb. BackRub adlanan bu layihənin əsasında onlar 1998-ci ildə yeni Google axtarış sistemini yaratmışlar. Google PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və başqa formatlı sənədlərdə axtarışı dəstəkləyir. Axtarış sisteminin belə populyar olması ingilis dilində yeni sözün yaranmasına səbəb olub: “to google”, yaxud “to Google” – “quqllamaq”. Bu feil İnternetdə Google sisteminin köməyi ilə axtarış aparmağı bildirmək üçün istifadə olunur. Bax: SEARCH ENGINE.
Seçilmiş məqalə
28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır. Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir.
|
Seçilmiş bioqrafiya
Sergey Brin hazırda Google-nin texnologiya sahəsi üzrə müdiridir. O, Forbes jurnalının 2016-ci ildə dərc etdiyi dünyanın ən zəngin şəxsləri reytinqində 38.2 milyard ABŞ dolları ilə 23-ci, ABŞ milyarderləri arasında isə 5-ci yerin sahibi idi.
|
Bilirsinizmi
- Google-un ilk loqosu Sergey Brin tərəfindən GIMP proqramında yaradılmışdır.
- 2005-ci ildə Youtube-a Me at the zoo adı ilə ilk video yerləşdirilmişdir.
- Google 170-dən çox kompaniyanı satın alıb.
- Google 2014-cü il ərzində 60-dan çox kompaniyanı satın alıb.
- Google Play-də yerləşdirilən proqramlar 50 milyard dəfədən çox yüklənilib.
Seçilmiş şəkil




