Məzmuna keç

Manne Siqban

Vikipediya, azad ensiklopediya
Manne Siqban
isv. Karl Siegbahn
Doğum adı Karl Manne Georg Siegbahn
Doğum tarixi 3 dekabr 1886(1886-12-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 sentyabr 1978(1978-09-24)[1][2] (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşaqları
Elm sahəsi fizika
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Fizika üzrə "Nobel" mükafatı — 1924
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Manne Georq Siqban (isv. Karl Manne Georg Siegbahn; 3 dekabr 1886[1][2][…] – 24 sentyabr 1978[1][2], Stokholm[d][2][1])[5] — 1924-cü ildə "rentgen spektroskopiyası sahəsindəki kəşfləri və tədqiqatlarına görə" Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş isveçli fizik.[6][7]

Siqban İsveçin Erebru şəhərində Georq Siqban və Emma Zetterberqin ailəsində anadan olmuşdur.[8]

O, 1906-cı ildə Stokholmda təhsilini başa vurmuş və elə həmin il Lund Universitetində ali təhsilinə başlamışdır.[9] Təhsil aldığı müddətdə Yohannes Ridberqin katib köməkçisi kimi çalışmışdır.[10] 1908-ci ildə Göttingen Universitetində təhsilini davam etdirmişdir.[11] 1911-ci ildə Lund Universitetində "Magnetische Feldmessungen" (Maqnit sahəsinin ölçülməsi) mövzusunda dissertasiya müdafiə edərək doktorluq (PhD) dərəcəsi almışdır.

Yohannes Ridberqin səhhəti pisləşdikdə Siqban onu professor vəzifəsində əvəz etmiş və 1920-ci ildə tam ştatlı professor olaraq onun xələfi olmuşdur.[12] Lakin 1922-ci ildə Lund Universitetini tərk edərək Uppsala Universitetində professorluq fəaliyyətinə başlamışdır.[13]

1937-ci ildə Siqban İsveç Kral Elmlər Akademiyasının Nobel İnstitutunun Fizika şöbəsinin direktoru təyin edilmişdir. 1988-ci ildə bu müəssisənin adı Manne Siqban İnstitutu olaraq dəyişdirilmişdir.[14] Sonradan institutun tədqiqat qrupları yenidən təşkil olunsa da, onun adı Stokholm Universitetinin nəzdindəki Manne Siqban Laboratoriyasında yaşamağa davam edir.

  1. 1 2 3 4 5 6 7 K Manne G Siegbahn (isveç.). // Svenskt biografiskt lexikon.
  2. 1 2 3 4 5 6 18861203-0497 Siegbahn, Karl Manne Georg (isveç.). // Sveriges dödbok. Sveriges Släktforskarförbund.
  3. ↑ Örebro Nikolai kyrkoarkiv, Födelse- och dopböcker, SE/ULA/11800/C/11 (1885-1894), bildid: F0002319_00091 (isveç.). // födelse- och dopbok. (İstifadə tarixi: 6 avqust 2020).
  4. ↑ Manne Siegbahn (isveç.).
  5. ↑ "The Nobel Prize in Physics 1924". Nobelprize.org. Nobel Media AB. 2014. İstifadə tarixi: 23 aprel 2017.
  6. ↑ "The Nobel Prize in Physics 1924". Nobelprize.org. Nobel Media AB 2014. 22 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2017.
  7. ↑ Shampo, M. A.; Kyle, R. A. "Manne Siegbahn--Nobel Prize for x-ray spectroscopy". Mayo Clinic Proceedings. 73 (3). 1998: 249. doi:10.4065/73.3.249. PMID 9511784.
  8. ↑ Harnesk, Paul, redaktorVem är vem?. D. 1, Stockholmsdelen (isveç). Stockholm: Vem är vem bokförlag. 1945. 760. 24 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2026.
  9. ↑ Litzén, Ulf. Fysik i Lund under 300 år (isveç). Lund: Lunds universitetshistoriska sällskap. 2015. 87. ISBN 9789175453200.
  10. ↑ Hulthén, Erik. 1900–1925, fysikalisk forskning i Lund under ett kvartsekel // Manne Siegbahn : 1886 3/12 1951 (isveç). Uppsala. 1951. 3.
  11. ↑ Beweis 1924: Prismen brechen auch Röntgenstrahlen (PDF) (alman). Universität Göttingen. 2 avqust 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 fevral 2026.
  12. ↑ Litzén. Fysik i Lund under 300 år. 2015. 95. Bibcode:2015filu.book.....L.
  13. ↑ Litzén. Fysik i Lund under 300 år (isveç). 2015. 96. Bibcode:2015filu.book.....L.
  14. ↑ "The MSL History". msl.se. 10 dekabr 2014. 27 aprel 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2017.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]