Məzmuna keç

Desentralizasiya

Vikipediya, azad ensiklopediya
(Mərkəzsizləşdirmə səhifəsindən istiqamətləndirilmişdir)
Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş sistemin qrafik müqayisəsi

Desentralizasiya və ya əksmərkəzləşmə, mərkəzsizləşmə və ya köhnə adı ilə ədəmi-mərkəziyyətçilik — təşkilatın fəaliyyətinin, xüsusən də planlaşdırma və qərarların qəbulu ilə bağlı fəaliyyətlərinin mərkəzi, nüfuzlu bir yerdən və ya qrupdan kənarda bölüşdürülməsi və ya həvalə edilməsi və onun daxilində daha kiçik fraksiyalara verilməsi prosesi.[1]

Qrup dinamikasına və idarəetmə elminə özəl biznes və təşkilatlarda, siyasət elmində, hüquq və dövlət idarəçiliyində, texnologiyada, iqtisadiyyatda və maliyyədə mərkəzsizləşdirmə anlayışları tətbiq edilmişdir.

Desentralizasiya, əksmərkəzləşmə, mərkəzsizləşmə terminləri hamısı Azərbaycan dilində ilk dəfə 20-ci əsrdə istifadə edilib, bu vaxta kimi tarixi termin olaraq ədəmi-mərkəziyyət[2][3][4] (az.-əski. عدم مركزيت‎) sözü işlənilirdi, sözlərin ikisi də ərəbcə olsa da, bu termin ərəb dilində işlənmir və türk əsaslıdır, hərfi tərcümədə "mərkəz yoxluğu" deməkdir.

  1. ↑ Definition of decentralisation. Merriam-Webster Dictionary. 26 yanvar 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2013.
  2. ↑ Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli "Türk-rusi və Rusi-Türk lüğəti", Bakı, 1907
  3. ↑ https://web2.anl.az/read/page.php?bibid=294336&pno=5 Ə. Ə. Salamzadə, Tarix terminləri, Bakı, 1931
  4. ↑ "Azərbaycan" qəzeti, Bazar, 17 noyabr 1918-ci il, nömrǝ 42 "... Məmləkətin ədəmi-mərkəziyyət [desentralizasiya] və milli-məhəlli mux-tariyyət əsası ilə təşkilatı məsələsini Məclisi-Müəssisana həvalə edərək Müvəqqət Rus Hökuməti müxtəlif əyalətlərdə coğrafi-iqtisadi və milliyət əsası ilə qurulmuş olan milli-məhəlli muxtariyyətləri və əqəliyyət [azlıq] təşkil edib müəyyən əraziyə malik ol-mayan millətlərin milli-mədəni muxta-riyyətə malik olması hüququnu qəbul və təsdiq edir..."

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]