Lekif (q.yun. λήκυθος) - ən çox yayılmış qədim-yunan uzunsov formalı, kiçik ayaqlı, hündür qulplu qab. Lekifləri e.ə.VI əsrin əvvəlindən keramikadan istehsal etməyə başladılar.[1]

Akhisar Muzeyində sərgilənən, Lidiyaya aid eramızdan əvvəl V və IV əsrlərə aid, ikisi mifoloji səhnəli, üçü palmet motivli Attika lekifləri (Türkiyə).

Əvvəllər ritual məqsədlərlə istifadə olunub. Zeytun yağı doldurulmuş lekifi ölü ilə birgə dəfn edirdilər. Qəbri ziyarət edən qohumlar digər əşyalarla bərabər qəbr üstünə bir lekif zeytun yağı gətirərdilər. [2]

Adətən lekiflər müxtəlif mifoloji süjetlərlə bəzədilirdi. Əvvəllər dini ayinlərdə zeytun yağının saxlanması üçün istifadə olunan lekiflər sonralar məişətdə geniş istifadə olunub.

İstinadlar

redaktə
  1. ↑ Блаватский В.Д. История античной расписной керамики. Издательство Московского Университета. 1953. с.5, 53-55
  2. ↑ Yenə orada.c.53

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə