Gale (nəşriyyat)

Tədris resurslarının nəşriyyatı

"Gale" (azərbaycan dilinə transliterasiyada "Qeyl" kimi oxunur) — tədqiqat və rəqəmsal təlim resurslarının qlobal təchizatçısı. Şirkət ABŞ-nin Miçiqan ştatının Detroytun qərbindəki Farminqton Hills şəhərində yerləşir.[2] O, 2007-ci ildən bəri "Cengage" adlı ABŞ texnologiya şirkətinin bir bölməsidir.

Gale
Loqonun şəkli
Ölkə
Əsas şirkət Cengage Group
Yaranma tarixi 1954
Qurucu Frederik Qeyl Ruffner kiçik[1]
Qərargah Farminqton Hills, Miçiqan ştatı
Mövzular Verilənlər bazası, E-kitab, E-təhsil
Sayt gale.com
thomson.com/gale
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəllər "Gale Research" və "Gale Group" kimi tanınan şirkət, ictimai, akademik və məktəb kitabxanaları və biznes təşkilatları üçün tədqiqat və təhsil nəşrləri sahəsində fəaliyyət göstərir. Şirkət "Gale OneFile" (əvvəllər "Infotrac" kimi tanınırdı) adlı tam mətnli jurnal və qəzet verilənlər bazaları və kitabxanaların abunə olduğu digər onlayn verilənlər bazaları məşhurdur, eləcə də xüsusilə din, tarix və sosial elmlər sahələrində çoxcildli istinad əsərləri ilə tanınır.

1954-cü ildə Miçiqanın Detroyt şəhərində Frederik Qeyl Ruffner kiçik tərəfindən təsis edilən şirkət,[3] 1985-ci ildə "International Thomson Organization" (sonradan adı "Thomson korporasiyası"na dəyişdirildi) tərəfindən alınmışdır, 2007-ci ildə isə "Cengage" şirkətinə satılmışdır.

1998-ci ildə "Gale Research", "Thomson"-a məxsus iki şirkət olan "Information Access Company" və "Primary Source Media" ilə birləşdirilərək "Gale Group" adlı şirkət yaradıldı. "Thomson" şirkəti 1995-ci ildə "Information Access Company" ("InfoTrac"-ın nəşriyyatı) və 1979-cu ildə "Primary Source Media" (əvvəllər "Research Publications" adlanırdı) şirkətlərini satın almışdır.[4]

1999-cu ildə "Thomson Gale" "Macmillan" kitabxana referansını (o cümlədən "Scribner's", "Thorndike Press", "Schirmer", "Twayne Publishers" və "G. K. Hall" nəşriyyatlarını) "Pearson"dan (hansı ki onu 1998-ci ildə "Simon & Schuster"-dən almışdır; "Simon & Schuster" "Macmillan USA"-nı 1994-cü ildə almışdır) əldə etdi.[5] 2000-ci ildə Münhendə yerləşən "K. G. Saur Verlag" şirkətini satın aldı, lakin 2006-cı ildə onu "Walter de Gruyter"-ə satdı.[6] but then sold it to Walter de Gruyter in 2006.[7]

25 oktyabr 2006-cı ildə "Thomson Corporation", "Thomson Learning" bölməsini tamamilə satmaq niyyətində olduğunu elan etdi, çünki "Thomson"-un baş direktoru Riçard Harrinqtonun sözləri ilə desək, "bu, bizim uzunmüddətli strateji vizyonumuza uyğun gəlmir". "Thomson"-a əsasən, bu satışın təxminən 5 milyard dollar gəlir gətirəcəyi gözlənilir. "Thomson Learning", "Apax Partners" və "OMERS Capital Partners"-dən ibarət özəl kapital konsorsiumu tərəfindən 7,75 milyard dollara satın alındı və adı 24 iyul 2007-ci ildə "Thomson Learning"-dən "Cengage Learning"-ə dəyişdirildi.[8]

Patrik Ç. Sommers 22 oktyabr 2007-ci ildən 2010-cu ildə təqaüdə çıxana qədər "Gale" şirkətinin prezidenti olmuşdur.[9] 2013-cü ildə "Cengage Learning" ABŞ-də 11-ci fəsil üzrə iflas müdafiəsinə müraciət etdi.[10]

Məhsulları

redaktə

"Gale" şirkəti, "Gale Academic OneFile",[11] "Biography and Genealogy Master Index",[12] "General OneFile", "General Reference Center", "Sabin Americana" (Cozef Sabinin "Bibliotheca Americana" əsasında) və Dünya Tarixi Kolleksiyası kimi yüzlərlə məhsul istehsal edir.[13]

"Gale" çap məhsullarına "Primary Source Media", "Scholarly Resources Inc.", "Schirmer Reference", "St. James Press", "The TAFT Group" və "Twayne Publishers" kimi istinad brendləri daxildir. "Five Star Publishing" vestern, romantika, detektiv və elmi fantastika və fantaziya janrlarında yüzlərlə kitab çap edən "Gale"-in bədii əsərlər nəşriyyatıdır. "Gale" həmçinin böyük çap nəşriyyatları olan "Christian Large Print" və "Wheeler Publishing"-ə də sahibdir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. ↑ "Gale - Helping Libraries Prepare for the 21st Century". www.inforum.cz. 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
  2. ↑ "Privacy Statement and Terms of Use Arxiv surəti 6 fevral 2015 tarixindən Wayback Machine saytında". Gale. Retrieved July 8, 2010.
  3. ↑ "Frederick Gale Ruffner Jr. : 1926-2014: Ohio State grad made fortune in reference-book publishing". The Columbus Dispatch. 25 avqust 2014. 7 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
  4. ↑ Anonymous. "Gale Research, Information Access Company and Primary Source Media merged into the Gale Group by Thomason Corporation". Information Intelligence Online Libraries and Microcomputers. 16 (10). oktyabr 1998: 3–4. ISSN 0737-7770. ProQuest 206804972. İstifadə tarixi: 18 yanvar 2021.
  5. ↑ Hane, Paula J. "Thomson's Gale Group Acquires MacMillan Library Reference USA". 21 iyun 1999. 28 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2018.
  6. ↑ The Academic Publishing Industry: A Story of Merger and Acquisition – Reed Elsevier Arxiv surəti 30 oktyabr 2015 tarixindən Wayback Machine saytında. Arxivləşdirilib 2015-10-30 at the Wayback Machine.
  7. ↑ "Chronologie des K. G. Saur Verlags" (PDF). 17 iyun 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2022.
  8. ↑ "Thomson Gale Part of Larger Sale" Arxiv surəti 10 noyabr 2025 tarixindən Wayback Machine saytında by Norman Oder, Library Journal, June 1, 2007
  9. ↑ "Cengage Learning Names Patrick C. Sommers President of Gale". 29 dekabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2007.
  10. ↑ "Cengage Learning files for Chapter 11 bankruptcy protection". Financier Worldwide (ingilis). avqust 2013. 21 noyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2025.
  11. ↑ "Databases: Academic OneFile". Austin TX: University of Texas Libraries. 10 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib.
  12. ↑ "eReviews: Biography: Biography and Genealogy Master Index", Library Journal, 15 aprel 2012, 17 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 10 oktyabr 2014, BGMI is a throwback to another era
  13. ↑ Cengage Learning. "Database Title Lists". Gale: Title Lists. 10 aprel 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2014.