Bonampak
| Qədim şəhər | |
| Bonampak | |
|---|---|
| | |
| 16°42′14″ şm. e. 91°03′54″ q. u.HGYO | |
| Ölkə | |
Bonampak (isp. Bonampak, qədim mayyalarda şəhər "Ukul" adlanırdı) — 1946-cı ildə arxeoloji qazıntılar nəticəsində aşkar olunan Mayya sivilizasiyasının mühüm şəhərlərindən biri. Bonampak özünün divar rəsmləri (freskaları ilə) məşhurlaşmışdı.
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Bonampak Meksikanın Çiapas ştatında, Lakanha çayının sahilində (Yaşçilandan 25 km cənubda) yerləşir. Şəhər qalıqları amerikalı fotoqraf Cayls Hilli (Giles Healey) tərəfindən, mayya-lakandonların köməyi ilə aşkar olunmuşdu. Mayya sivilizasiyasının klassik inkişaf dövründə (e.ə. 250-ci — b.e. 900-cü illəri arasında) Ukul (Bonampak) Şukalnax çarlığının sonuncu paytaxtlarından olmuşdu; onun bu çarlıqda ikinci dərəcəli əhəmiyyəti vardı, lakin yaxşı qorunub-saxlanılmış rəsm və freskaların köməyi ilə onun tarixi bərpa edilə bilər.
"Şukalnaxın tanrı çarları (kukul axav)"
[redaktə | vikimətni redaktə et]- Ax Yaş Punim (400 illər) (Şukalnax sülaləsinin yaradıcısı)
…
- naməlum adlı hökmdar ("7-ci stelanın hökmdarı") (554–600)
- Yaxav Çan Muvan I, oğul (600–605)
- Ax-Olnal, oğul (605–610, 611–614-cü ildən sonra)
- Ax Çan Tok (610–611) (Şukalnax hakimiyyətini ələ keçirdi və Ax-Olnalı didərgin salır)
- Vinakhab Tok (643–648)
- naməlum adlı hökmdar (658 (?) — 670)
- Ax Nak'ey (683–692)
- "Knot-Eye" B’alam, K’iniç Çak Çixanın oğlu (732–746)
- Ax Sak Teleç, Yo’nal Balamın oğlu, (747/748–776)
- Yaxav Çan Muvan II, Ax Sak Teleçin oğlu (776–791)
Freskalar məbədi
[redaktə | vikimətni redaktə et]Bonampak adı mayya dilində "rənglənmiş divar" mənasını verir. Bu gün bu şəhər öz görkəmli freskaları ilə məşhurdur. Rəsmlərdə hökmdar və onun sərkərdələri, döyüş səhnələri təsvir olunmuşdu. Freskalar ilə 3 otağın ümumi sahəsi 144 m² təşkil edir. Freskalar mayya xalqının sosial durumunu çox yaxşı əks etdirir. Öz məzmununa görə onları 5 qrupa bölmək olar:
- Rəqs bayramı üçün hazırlıqlar (1-ci otaq)
- Müharibə və düşmənlərin əsir götürülməsi (2-ci otaq)
- Əsir götürülənlərin məhkəməsi və onların qurban verilməsi (2-ci otaq)
- Rəqs ritualı (3-cü otaq)
- Yüksək təbəqədən olan qadınların qurban gətirilməsi (3-cü otaq)
Web links
[redaktə | vikimətni redaktə et]- Proyecto La pintura mural prehispánica en México, UNAM
- Yale Bonampak Documentation Project Arxivləşdirilib 2005-12-26 at the Wayback Machine
- Bonampak Murals on ancientmexico.com Arxivləşdirilib 2006-04-14 at the Wayback Machine — Good large photographs of the originals
- Mesoamerican Photo Archives by David R. Hixson — more good photos (click on the first link for Bonampak)
