Amerika Fəlsəfə Cəmiyyəti
| Amerika Fəlsəfə Cəmiyyəti APS | |
|---|---|
| American Philosophical Society | |
| | |
| Təsis edilib | 1743 |
| Rəsmi dili | |
| Baş ofisin yeri | |
| Qurucusu | |
| amphilsoc.org | |
Amerika Fəlsəfə Cəmiyyəti (ing. American Philosophical Society) — Bencamin Franklin tərəfindən 1743-cü ildə "əşyaların təbiətinə işıq salan, insanın materiya üzərindəki gücünü artıran, həyatın rahatlığını və həzzini çoxaldan hər hansı fəlsəfi eksperimentlərin təşviqi" məqsədilə təsis edilmiş elmi cəmiyyətdir.[1] Cəmiyyətə üzv seçilmək istənilən elm və fəaliyyət sahəsində əldə olunmuş müstəsna nailiyyətlərin rəsmi tanınması mənasına gəlir.
Cəmiyyət yarandığı gündən Amerikanın ən parlaq zəkalarını özünə cəlb etmişdir. Onun fəaliyyətinin ilk mərhələlərində üzvləri arasında Corc Vaşinqton, Con Adams və Tomas Cefferson kimi görkəmli dövlət xadimləri yer almışdır.[2] XX əsrdə cəmiyyətin 200-dən çox üzvü Nobel mükafatı laureatına layiq görülmüşdür.
Təşkilatın fəxri xarici üzvləri sırasına 1789-cu ildə cəmiyyətə seçilən və bura daxil olan ilk qadın kimi tarixə düşən rusiyalı dövlət xadimi K. R. Daşkova,[3] həmçinin T. Koşuşko, M. J. Lafayet, A. fon Humboldt və Fridrix Vilhelm fon Ştoyben daxil idilər.
2016-cı ilin statistikasına əsasən, cəmiyyətin 1025 fəal üzvü mövcud idi ki, onlardan 858-i ABŞ vətəndaşı, 167-i isə dünyanın 20-dən çox ölkəsinin nümayəndəsi olan xarici üzvlər olmuşdur.[4] Cəmiyyətin təsis olunduğu tarixdən 2020-ci ilin aprel ayına qədər olan dövr ərzində buraya ümumilikdə 5710-dan çox şəxs üzv seçilmişdir.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Conklin, Edwin G. Brief History of the American Philosophical Society. American Philosophical Society. 1946. 10–15.
- ↑ "History of the American Philosophical Society". American Philosophical Society Official Website. 18 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2026.
- ↑ Dashkova, Ekaterina. "The Memoirs of Princess Dashkova". Duke University Press. 1995: 210-212. ISBN 978-0822316213.
- ↑ "Election of New Members at the American Philosophical Society's 2016 Spring Meeting" (PDF). American Philosophical Society. 14 fevral 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2018.
- ↑ Gajdusek, D. Carleton. "Baruch S. Blumberg - Biographical". The Nobel Foundation. 2006. 17 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2018.
Ədəbiyyat siyahısı
[redaktə | vikimətni redaktə et]- James, Edward T. Notable American Women, 1607–1950: A Biographical Dictionary. Harvard University Press. 1971. səh. 26. ISBN 978-0-674-62734-5.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- amphilsoc.org — rəsmi saytı
- Şablon:InPho
- American Philosophical Society publications. Arxivləşdirilib yanvar 10, 2023, at the Wayback Machine.
- Notes on the American Philosophical Society from the Scholarly Societies project (Wayback Machine copy)
- Şablon:HABS
- Listing of Philosophical Hall at Philadelphia Architects and Buildings
- "Writings of Benjamin Franklin", broadcast from the American Philosophical Society from C-SPAN's American Writers