Albert Fert
Görünüş
| Albert Fert | |
|---|---|
| fr. Albert Fert | |
| | |
| Doğum tarixi | 7 mart 1938[1] (88 yaş) |
| Doğum yeri | |
| Uşağı | 2 |
| Elm sahəsi | fizika |
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları |
|
Albert Fert (7 mart 1938[1], Karkason) – fransız fiziki, Paris Elmlər Akademiyasının üzvü, Nobel mükafatı laureatı.
1962-ci ildə Paris Ali Normal Məktəbini bitirmiş, 1963-cü ildə Paris Universitetində doktor dərəcəsini almışdır. Qrenobl və Parisdə işləmişdir. 1978-ci ildən Paris-XI Universitetinin professorudur. Əsas elmi tədqiqatları bərk cisimlər fizikası sahəsindədir. Alman fiziki Qrünberqdən asılı olmadan 1988-ci ildə dəmir və xromun növbələnən laylarında nəhəng maqnit müqaviməti effektini müəyyənləşdirmişdir. Elektronikanın yeni sahəsinin – spintronikanın yaranmasında iştirak etmişdir. 2003-cü ildə Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin Qızıl medalı ilə təltif olunmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Albert Fert (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
Kateqoriyalar:
- 7 martda doğulanlar
- 1938-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Fransada doğulanlar
- Paris Ali Normal Məktəbinin məzunları
- Fransa Elmlər Akademiyasının üzvləri
- Avropa Akademiyasının üzvləri
- Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri
- "Fəxri Legion" ordeninin komandorları
- Fransanın Xidmətlərə görə ordeni ilə təltif edilənlər
- Fizika üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Fransa fizikləri