Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərin hər birində öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdı. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir.[1]
Azərbaycanda pravoslav kilsələri
redaktə1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncə və Xaçmaz şəhərlərinin hər birində 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.[2]
Avtokefal kilsələri
redaktə| Pentarxiyanın patriarxlıqları | |
| Başqa patriarxlıqlar | |
| Başqa avtokefal kilsələr |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Qadınlar üçün kilsə ziyarət xüsusiyyətləri". 5 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2020.
- ↑ "Azərbaycanda din" (PDF). 4 mart 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 may 2013.